Nazarov qırmızı vərəqə aldı, komandası məğlub oldu

Almaniya ikinci Bundesliqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Zandhauzen”in qonağı olub. Matç futbolçumuzun komandası bu oyunda 1:3 hesablı məğlubiyyətlə üzləşib. Start heyətdə meydana çıxan Nazarov 72 və 90-cı dəqiqələrdə sarı vərəqə aldığından, qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, “Karlsrue” hazırda 19 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan