“Neftçi” əcnəbi futbolçunu baxışa dəvət etdi

“Neftçi” əcnəbi futbolçunu baxışa dəvət etdi

“Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib. Allsport.az xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir.

Vətənində “Seynt Marie” akademiyasında (2012-2016), “Elefant de Kolea” (2016-2017), “Satellit” (2017-2018) və “Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu, bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Həmin kateqoriyadan