“Neftçi” də uduzdu, “Xəzər Lənkəran” da

Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

Öncə Lənkəranda yerli “Xəzər Lənkəran” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Gəncə klubu səfər oyunundan minimal hesablı qələbə ilə ayrılıb.

“Neftçi” isə paytaxt derbisində AzAL-la qarşılaşıb. Bu görüş sürpriz nəticə ilə başa çatıb. Belə ki, Əsgər Abdullayevin gəlişindən sonra məğlubiyyət tanımayan “Neftçi” bu görüşdə məğlubiyyətlə üzləşib.

Topaz Premyer Liqası
17-ci tur

17 dekabr (cümə axşamı)

“Xəzər Lənkəran” – “Kəpəz” – 0:1 (0:0)
Qol: Ş.Rəhimov, 66 (0:1).
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 44. Yusif Həsənov, 77. Əli Əliyev, 79. Namiq Qocayev.
Baş məşqçi: Yunis Hüseynov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 5. Kərim Diniyev, 68. Rəşad Eyubov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 80. Tural Rzayev, 9. Murad Ağakişiyev, 21. Xəzər Qəribov, 19. Aleksandr Sitnik, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Şahin Diniyev.

“Neftçi” – AzAL – 0:1 (0:1)
Qol: R.Nəsirli, 29 (0:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Filyo Jayro Rodriqes, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 7. Araz Abdullayev (k).
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 4. Rahil Məmmədov, 14. Məhəmməd Qurbanov, 16. Əziz Quliyev, 21. Samir Məsimov, 20. Salas Kinta Antonio, 10. Cavid İmamverdiyev.
Baş məşqçi: Əsgər Abdullayev.
AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 5. Kamil Hüseynov, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 7. Tərlan Xəlilov.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: “Rəvan” – “İnter” 0:2, “Qarabağ” – “Sumqayıt” – 2:2, “Zirə” – “Qəbələ” – 1:0.

Bombardirlər:
7
– Riçard Almeyda (“Qarabağ”).
6 – Ruslan Qurbanov (“Neftçi”). Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan