- Baxış sayı: 44
- 22 İyun 2026 16:16
- Baxış sayı: 56
- İyun 22, 2026
- 0

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq, bu gün Topaz Premyer Liqasının 15-ci turunun bütün oyunlarında futbolçular meydana qara sarğı şıxacaq.
Allsport.az saytı xəbər verir ki, ölkə çempionatında artıq 2 matç başlayıb. “Xəzər Lənkəran” – “Qəbələ” və “Neftçi” – “Zirə” görüşlərində komandaların üzvləri meydana əllərində neftçi dəbilqəsi ilə çıxıblar. Qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunub və bu qayda digər matçlarda da baş verəcək.