“Neftçi” penalti yarışmasının qalibini mükafatlandırdı

Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Rəvan” oyunundan əvvəl azarkeşlər arasında ənənəvi penalti yarışması və əyləncəli virtual penalti müsabiqəsi baş tutub. Allsport.az xəbər verir ki, 32 iştirakçının qatıldğı penalti yarışmasında zərbələri dəqiq yerinə yetirməklə 15 xal toplayan “Neftçi” azarkeşi Qədir Qədirov “Neftçi”nin orijinal formasını qazanıb. Qalibə hədiyyəni “Neftçi”nin idman direktoru Vəli Qasımov təqdim edib.

Həmin kateqoriyadan