“Neftçi” “Rəvan”a yenilgidən son anda xilas oldu

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Paytaxt derbisi çərçivəsində “Neftçi” “Rəvan”la üz-üzə gəlib. Qarşılaşmada hesabı nə qədər gözlənilməz olsa da, “aslanlar” açıblar. Amma matçın sonlarında “Neftçi” məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. Görüşdə qapılara başqa qol vurulmadığından, oyun heç-heçə başa çatıb.

Topaz Premyer Liqası
20-ci tur
5 fevral (cümə)

“Neftçi” – “Rəvan” – 1:1 (0:0)
Qollar: C.Abdullayev, 48 (0:1). R.F.Jayro, 83 (1:1).
Qırmızı vərəqə: R.F.Jayro, 88. Y.Həmid, 89.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Filyo Jayro Rodriqes, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 20. Anyete, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov (k), 14. Elvin Əliyev, 2. Ruslan Tağızadə, 9. Nuran Qurbanov, 13. Cəmşid Məhərrəmov, 8. Məmməd Quliyev, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 98. Ülvi Kələşov, 19. Hüseyn Axundov, 5. Mirkamil Haşımlı, 16. Orxan Lalayev, 99. Əziz Hüseynov, 86. Yasin Həmid.
Baş məşqçi: Bəhmən Həsənov.

Turun digər oyunları: 6 fevral (15:00. “Sumqayıt” – “Zirə”, 17:30. “Qarabağ” – “Xəzər Lənkəran”). 7 fevral (13:30. “Kəpəz” – AZAL, 17:30. “İnter” – “Qəbələ”).

Bombardirlər:
7 – Ruslan Qurbanov (“Neftçi”), Riçard Almeyda (“Qarabağ”).
6 – Amil Yunanov (“Sumqayıt”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan