- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qolunu vurub. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 3-cü turunda “Sumqayıt”la görüşdə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top 2-qat önəm daşıyıb.
Kapitan Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan Emin bütün matçlarını bir komandada – “Neftçi”də keçirib.
“Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb. Premyer liqada 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan kubokunda 1 dəfə fərqlənən Mahmudov 63-cü qarşılaşmada 15-ə çatıb.
“Neftçi”yə “Sumqayıt” üzərində çətin qələbə qazandıran qola imza atan Stiven Monroz da yubiley qeyd edib. Fransalı legionçu premyer liqada 50-ci oyununu keçirib. “Neftçi”yədək “Qəbələ”də çıxış edən Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb.