- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Topaz premyer liqasının 7-ci turu “Neftçi”nin futbolçusu Tural Axundov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Sabah”la matçın (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz” və “Sumqayıt”da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.
O, ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.