“Neftçi”nin oyunçusu Gəncədə xəstəxanalıq oldu

Bu gün Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində Gəncədə yerli “Kəpəz” “Neftçi”ni qəbul edir. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi bu qarşılaşmada ciddi itki ilə üzləşib.

Belə ki, epizodların birində qonaqların gənc futbolçusu Fəhmin Muradbəyli ciddi zədə alıb. Onun vəziyyəti ağır olduğundan birbaşa təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər onun təcili rentgen müayinəsindən keçməsinin vacib olduğunu bildiriblər.

Yerli həkimlərin ilkin diaqnozuna görə onun ayağında sınıq aşkarlanıb.

Həmin kateqoriyadan