- Baxış sayı: 44
- 22 İyun 2026 16:16
- Baxış sayı: 56
- İyun 22, 2026
- 0

“Turan Tovuz”un baş məşqçisi Nizami Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı 1:3 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:
“Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.