“Old Trafford” dövrü 114 il sonra başa çatır?

“Mançester Yunayted” yeni stadion ala bilər.

Allsport.az xəbər verir ki, klubun yeni ortaq sahibi Cim Retklif, “Old Trafford”un “Şimalın Vemblisi” olmasını istəyir. INEOS-un sahibi və komandası artıq Mançester şəhərinin meri Endi Burnhemlə müzakirələr aparıb.

“Old Trafford”un tutumunun artırılması təxminən 800 milyon funt-sterlinqə, yeni arenanın tikintisi isə 1 milyard funt-sterlinq arasında başa gələ bilər.

Xatırladaq ki, “Old Trafford” 1910-cu ildə tikilib və təxminən 74 min tamaşaçı tutumuna malikdir.

Həmin kateqoriyadan