Ölkə başçısı Avropa liqasının Bakı finalı ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Avropa liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, sərəncama əsasən Təşkilat Komitəsinin sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, sədrin müavini isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri Rövnəq Abdullayev təyin edilib.

Sərəncama əsasən futbol üzrə avropaliqanın final oyunu ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir.

Sərəncamda deyilir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.

2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) icraiyyə komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.

Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin sədr müavini
Rövnəq Abdullayev
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri
Təşkilat Komitəsinin üzvləri
Yusuf Məmmədəliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov
Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov
Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov
Azərbaycan Respublikasının vergilər naziri
Oqtay Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət naziri
Ramin Quluzadə
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov
Azərbaycan Respublikası təhsil naziri
Səfər Mehdiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  vitse-prezidenti
Anar Ələkbərov
Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli
Bakı Nəqliyyat Agentliyinin direktoru
Elxan Məmmədov
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

Həmin kateqoriyadan