“Oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

“Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.

Həmin kateqoriyadan