“Oyun gözləndiyi kimi ağır keçdi“

Premyer liqanın 20-ci turunda “Neftçi” evdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldi. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç matç haqda öz fikirlərini bölüşüb:

“Oyun gözləndiyi kimi ağır keçdi. “Qəbələ” çətin günlər keçirdir. 1-ci hissədə rəqib yaxşı müdafiə olunurdu. Hər 2 komandanın kifayət qədər təhlükəli epizodu oldu.

2-ci hissədə rəqibin azlıqda qalmasından sonra 2-ci qolu vurduq və düşündüm ki, oyun bizim üçün asanlaşacaq. Lakin bu belə olmadı. Növbəti 15-20 dəqiqədə vəziyyət daha da ağırlaşdı. Əsas odur ki, qalib gəldik və 3 xala sahib çıxdıq”.

Həmin kateqoriyadan