Paytaxt klubu yeni ildə ilk transferini rəsmiləşdirdi

Yanvarın 5-də qış hazırlıgına start verəcək AzAL ilk transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, dünən klubun bazasında iki illik müqaviləyə imza atan Eltun Hüseynov yeni ildə AzAL-a cəlb olunan ilk futbolçu olub.

Mövsümün birinci yarısını “Zirə”də keçirən gənc müdafiəçi əslində bu komandaya yad sima deyil. Belə ki, hələ yayda baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan Hüseynovun sənədlə baglı problem üzündən AzAL-a keçidi baş tutmamışdı.“Bakı” klubu onun transfer vərəqini verməkdən imtina etmiş və nəticədə 1993-cü il təvəllüdlü Eltun “Zirə”yə “göndərilmişdi”.

Həmin kateqoriyadan