Paytaxt klubundan Sevilyaya

“Atletiko”nun müdafiəçisi Xavyer Qalan “Betis”i gücləndirə bilər.

Allsport.az xəbər verir ki, seviliyalılar futbolçunu “Milan”a keçəcək Xuan Mirandanın əvəzedicisi kimi görür.

“Betis” və “Atletiko” arasında danışıqlar bir neçə həftədir ki, davam edir. “Betis” Qalanı 2024-cü ilin yayına qədər satın alma şərti ilə icarəyə götürməyi planlaşdırır. O, 2023-cü ilin yayından Madrid klubunda çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu mövsüm sol cinah müdafiəçisi la liqa və çempionlar liqasında 7 oyun keçirib və 2 sarı vərəqə alıb. “Transfermarkt” portalı 29 yaşlı ispaniyalıya 7 milyon avro qiymət qoyub.

Həmin kateqoriyadan