GİN-in təşkilatçılıq etdiyi tədbir bədbəxtçilik gətirdi – PFL-in rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Allsport.az saytı daxili işlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə sürücü və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya müracət ediblər. Onunla birgə səfərə çıxan həmkarlarımız Aslan Şahgəldiyev, Sənan Abdullayev və Elgiz Abbasovun da qəza ilə üzləşiblər.

Faktla bağlı araşdırma aparılır. Elxan Səmədov peşəkar futbol liqasının (PFL) prezidentidir.

Dekabrın 21-ində Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK klubları qarşılaşacaq. Bu oyunun təşkilatçısı gənclər və idman nazirliyidir. Ölkədə klub yarışları AFFA-nın PFL-in bayrağı altında keçirilir.

Həmin kateqoriyadan