“Neftçi” uduzdu, “Qəbələ” qalib gəldi

Bu gün Azərbaycan premyer liqasında 11-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. Allsport.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib və 3:0 hesablı qələbə qazanıb. “Neftçi” isə “Keşlə”nin qonağı olub və məğlub olub – 1:2.

Tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

9 noyabr (şənbə)
“Qəbələ” – “Səbail” – 3:0
Qollar: Davit Volkov, 22, 45+2, Ülvi İsgəndərov, 90+2
Qəbələ şəhər stadionu, 15:00

“Keşlə” – “Neftçi” – 2:1
Qollar: Franko Flores, 63, Sezar Meza Kolli, 82 – Donald Gerye, 45+1
“ASCO Arena”, 17:00

Həmin kateqoriyadan