Premyer Liqada 16-cı turun həyəcanı davam edir

Bu gün Topaz Premyer Liqasında 16-cı tura yekun vurulur. Allsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutacaq.

Öncə Şüvəlanda AzAL “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək.

Avrop Liqasındakı çıxışını başa vuran və uzun müddətdən sonra son turda qələbəyə sevinən “Qəbələ” bu dəfə “Neftçi” ilə üz-üzə gələcək.

Turun qapanış matçında isə lider və son çempion “Qarabağ” səfərdə cari mövsümün debütantı və əsas sürprizi “Zirə” ilə qarşılaşacaq.

Topaz Premyer Liqası
16-cı tur
13 dekabr (bazar)

15:00. AzAL – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. AzAL Arena.

15:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Zirə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Turun digər oyunları: “Kəpəz” – “Rəvan” – 0:0, “İnter” – “Sumqayıt” – 2:3.

Bombardirlər:
6 qol – Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan