Premyer Liqada 2015-ci ilə yekun vurulur

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulur. Allsport.az xəbər verir ki, 2015-ci ilin son turunun son oyun günündə üç görüş baş tutacaq.

Öncə Gəncədə yerli “Kəpəz” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq.

Daha sonra paytaxt derbisində AzAL cari mövsümün sürpriz komandası “Zirə”ni qonaq edəcək.

Nəhayət, turun və ilin son oyununda “İnter”lə “Xəzər Lənkəran” üz-üzə gələcək.

Topaz Premyer Liqası
18-ci tur
20 dekabr (bazar)

14:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
Gəncə şəhər stadionu.

15:00. AzAL – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
Bakı. AzAL Arena.

16:30. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.

Turun digər oyunları: “Sumqayıt” – “Rəvan” 3:3, “Qarabağ” – “Qəbələ” 1:1.

Bombardirlər:
7 – Riçard Almeyda (“Qarabağ”).
6 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”), Amil Yunanov (“Sumqayıt”).

Həmin kateqoriyadan