Premyer Liqada 2015-ci ilin son turu start götürür

Bu gün Topaz Premyer Liqasında 18-ci tura start verilir. Allsport.az xəbər verir ki, 2015-ci ilin son turunun oyunları iki gün ərzində keçiriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. Öncə “Sumqayıt” “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Günün digər oyununda isə son çempion və lider “Qarabağ” doğma meydanda əsas rəqiblərindən biri – “Qəbələ” ilə üz-üzə gələcək.

İkinci oyun günündə öncə Gəncədə yerli “Kəpəz”lə “Neftçi” qarşılaşacaq. Daha sonra paytaxt derbisində AzAL cari mövsümün sürpriz komandası “Zirə”ni qonaq edəcək. Nəhayət, turun və ilin son oyununda “İnter”lə “Xəzər Lənkəran” üz-üzə gələcək.

Topaz Premyer Liqası
18-ci tur
19 dekabr (şənbə)

15:30. “Sumqayıt” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

20 dekabr (bazar)

14:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu.

15:00. AzAL – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. AzAL Arena.

16:30. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “İnter Arena”.

Bombardirlər:
7 – Riçard Almeyda (“Qarabağ”).
6 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan