“Prezident kuboku”na möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanışı olacaq. Allsport.az saytı xəbər verir ki, “Kür” olimpiya tədris-idman mərkəzinin qarşısında saat 20:00-da start götürəcək mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.

Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.

“Prezident kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Həmin kateqoriyadan