“Qəbələ” – 200

“Qəbələ” elitada 200-cü qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, bu, premyer liqanın 18-ci turuna təsadüf edib.

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Sabah”la görüşüb. Elmar Baxşıyevin komandası bu matçda 1:0 hesablı qələbə əldə edib.

Bu, 2006/07 mövsümündən premyer liqada çıxış edən “Qəbələ”nin üç xal qazandığı 200-cü oyun kimi tarixə düşüb. Komanda buna 522-ci oyunda nail olub.

Həmin kateqoriyadan