“Qəbələ” baş məşqçinin istefasını qəbul edib

Premyer liqasının 3-cü turunda evdə “Keşlə”yə 0:4 məğlub olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verib. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istəyini qəbul edib.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Sənan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” onunla ilk dəfə ölkə kubokunu (2018-2019) qazanıb.

“Qəbələ” idman klubu Sənan Qurbanova fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Həmin kateqoriyadan