“Qəbələ” “Simurq”la oyunun hazırlıqlarına başladı

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 25-ci turunun “Sumqayıt”la oyunundan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” ötən gün ilk məşqinə çıxıb.

Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. Roman Qriqorçukun futbolçuları bu gün də Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan