«Qəbələ»dən ucuz təsəlli

Ölkə çempionatının son 5 turunda qalib gələ bilməyən, Avroliqanın qrup mərhələsində qələbəyə həsrət qalan «Qəbələ» özünə təsəlli tapıb. Allsport.az saytının məlumatına görə, «qara-qırmızılar»ın azarkeşləri facebook səhifəsində «Qəbələyə qələbə yaraşır» adlı foto-lövhə hazırlayıblar.

Fanatlar şüarı yazarkən, qramatik səhvə yol veriblər. Çünki «Qəbələ» klub adıdır, xüsusi isimdir və dırnaqda yazılır. Orda isə komandanın ismi adi qaydada göstərilib.

Belədə, məna səhvi ortaya çıxır – deviz sanki kluba deyil, Qəbələ rayonunun özünə şamil olunub. «Qara-qırmızı»lı loqodan bəllidir ki, şüar sırf «Qəbələ» klubu üçün nəzərdə tutulub.

Həmin kateqoriyadan