“Qəbələ”nin 50-ci böyük hesablı qələbəsi

“Qəbələ” 2019/20 mövsümündə ilk böyük hesablı qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, premyer liqan;n 11-ci turuna təsadüf edib. “Qırmızı-qaralar” ev oyununda “Səbail”in qapısından üç cavabsız top keçirib.

Bu qələbə komandanın tarixində 50-ci böyük hesablı qələbə olub. Yubiley uğuruna imza atan “Qəbələ” ilk belə qələbəsini 2005/06 mövsümündə əldə edib. Birinci dəstədə “Göy-Göl” (Xanlar) adı ilə çıxış etdiyi vaxt komanda ilk oyununda “Şərur”un qapısından 8 cavabsız top keçirib.

“Qəbələ” bunadək son böyük hesablı qələbəsini də məhz “Səbail” üzərində qazanıb. 2018/19 mövsümünün startında – 2018-ci il avqustun 12-də Qəbələ şəhər stadionunda 3:0 hesablı qələbə əldə olunub.

Həmin kateqoriyadan