“Qara-qırmızılar”ın sabiq futbolçusu Rumıniyaya qayıdır

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Georgi Floresku karyerasını vətəni Rumıniyada davam etdirə bilər. Allsport.az xəbər verir ki, onunla ölkəsinin bir neçə klubu maraqlanır.

Amma Rumıniya mətbuatının yazdığına görə, Floreskunun keçməsi daha real görünən komanda “Astra”dır.

Futbolçu özü isə ölkəsinin mətbuatına bunları söyləyib: “Hazırda bir neçə klubla danışıqları davam etdirirəm. Onların arasında Rumıniya klubları da var. Yaxın gələcəkdə hər şeyə aydınlıq gələcək”.

Həmin kateqoriyadan