“Qəbələ”nin Türkiyə toplanışı zamanı qarşılaşacağı 3 rəqib dəqiqləşdi

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq.

Roman Qriqorçukun komandası İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komanda UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Həmin kateqoriyadan