“Qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik”

“Sumqayıt” premyer liqanın 18-ci turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“Bir müddət əvvəl qəzada xəsarət alan PFL rəsmilərinə Allahdan şəfa diləyirəm. Onlar haqda danışmaq imkanım olmamışdı. Həddindən artıq hörmət etdiyim insanlardır. Mütəmadi əlaqə saxlayırıq. Allah köməkləri olsun.

Qayıdaq oyuna, ciddi mübarizə, sıx oyun getdi. Bu mövsümün demək olar, ən sıx mübarizəli oyunu oldu. Xoşdur ki, qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Futbolçuları təbrik edirəm. Oyuna qələbə üçün çıxmışdıq. Bu halda edəcəyin bir səhv futbolçunu təsir altına sala bilərdi. Bunun öhdəsindən gəldilər”.

Həmin kateqoriyadan