Qadın badmintonçumuz beynəlxalq turnirdə 2-ci yer tutub

Qadın badmintonçumuz beynəlxalq turnirdə 2-ci yer tutub

Keişa Fatimə Zəhra və Era Maftuha İslandiyanın paytaxtı Reykyavikdə güclərini sınayıblar. Allsport.az saytı xəbər verir ki, şəxsi yarışda adı ilk çəkilən badmintonçumuz gümüş medal qazanıb.

O, ukraynalı Anna Mixalkovanı (2:1), niderlandlı Nadia Çukrini (2:0), 1/4 finalda danimarkalı Anna Sayssi (2:0), yarımfinalda digər danimarkalı Frederike Osterqaardı (2:1) məyus edib.

Azərbaycan cütlüyü qoşa yarışda Danirmarka və İslandiyanı təmsilçilərini üstələsə də, 1/4 finalda italyalı rəqiblərinə yeniliblər.

Həmin kateqoriyadan