- Baxış sayı: 37
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0
“Qarabağ” ilin son qarşılaşmasının hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda “Qəbələ”ni qəbul edəcək komanda 1 məşqin ardından oyun saatını gözləyəcək.
Qış fasiləsi öncəsi komandada Raydel Pupon “Sumqayıt”la baş tutan sonuncu qarşılaşmada qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa 1 aya yaxındır zədəli olan Əlhərbi Əl Jadeyui, həmçinin Reynaldo da oyunu buraxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” qarşılaşması şənbə günü, dekabrın 19-da Suraxanıdakı “Azərsun Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.