“Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

“Qarabağ”ın baş meneceri Asif Əsgərov iki ay öncə Avropa klublar assosiasiyasının işçi qrupunun üzvü seçilmişdi. Allsport.az xəbər verir ki, İtaliyanın Milan şəhərində işçi qrupunun ilk iclası baş tutub.

İclasda Ağdam klubunun baş meneceri səsvermə nəticəsində ECA-nın işçi qrupun sədr müavinlərindən biri seçilib.

2017-19-cu illər mövsümünə nisbətən 2019-23-cü illər tsiklində işçi qrupunun üzvləri iki dəfə azaldılıb. Əvəzində daha tanınmış klubların qərarverici şəxsləri bu qrupa üzv seçilib.

Həmin kateqoriyadan