“Qarabağ” “Şəmkir”lə kubok matçının hazırlığına start verdi

Məlum olduğu kimi “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində Şəmkir şəhərinin eyni adlı klubunu qəbul edəcək. Allsport.az xəbər verir ki, Ağdam klubu artıq bu gündən sözügedən qarşılaşma üçün hazırlığa başlayıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda klubun bazasında məşq edir.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq bu matç dekabrın 2-də “Azərsun Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.

Həmin kateqoriyadan