“Qarabağ” “Xəzər Lənkəran”a, “Zirə” “Sumqayıt”a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 20-ci turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. Bu görüşdə qonaqlar qələbə qazanaraq, turnir cədvəlinin ikinci pilləsindəki mövqelərini qoruyublar.

Daha sonra isə çempionatın lideri “Qarabağ” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Uzun müddət rəqib qapısına yol tapa bilməyən Ağdam klubu yalnız görüşün sonlarında vurduğu 3 qolla 3 xala sahib çıxıb.

Topaz Premyer Liqası
20-ci tur

6 fevral (şənbə)

“Sumqayıt” – “Zirə” – 0:2 (0:1)
Qol: N.Bonilya, 4 (0:1). R.Abdullayev, 90+2 (0:2).
Qırmızı vərəqə: E.Mehdiyev, 60.
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 6. Mikayıl Rəhimov, 8. Nicat Muxtarov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə (k), 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad-Azad, 17. Bayram Nuruzadə, 23. İlqar Hüseynov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abasov.
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Embah, 6. Vüqar Mustafayev, 32. Luiz Alberto Diez, 17. Nicat Qurbanov, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Rəşad Abdullayev, 77. Ruslan Poladov, 8. Tərzin Cahangirov, 28. Təmkin Xəlilzadə, 14. Tellur Mütəllimov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

“Qarabağ” – “Xəzər Lənkəran” – 3:0 (0:0)
Qollar: D.Kintana, 71 (1:0). R.Almeyda, 88 (2:0). S.Armenteros, 90 (3:0).
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 63. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 5. Fərid Əsədov, 6. Asif Mirili, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 99. Mahsum Qənbərli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 7. Orxan Səfiyaroğlu, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 35. Elfad Baləhmədov, 44. Yusif Həsənov, 66. Kənan Həsənov.
Baş məşqçi: Elbrus Məmmədov.

Turun digər oyunları: “Neftçi” – “Rəvan” – 1:1. 7 fevral (13:30. “Kəpəz” – AzAL, 17:30. “İnter” – “Qəbələ”).

Bombardirlər:
8 –
Riçard Almeyda (“Qarabağ”)
7 – Ruslan Qurbanov (“Neftçi”).
6 – Amil Yunanov (“Sumqayıt”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan