“Qarabağ”a qayıtmadı, Türkiyə klubuna keçdi

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, o, bundan sonra Türkiyənin “Yeni Malatyaspor” klubunda çıxış edəcək.

Qeyd edək ki, makedoniyalı yarımmüdafiəçi yayda “Qarabağ”dan ayrılaraq Türkiyə Super Liqasında çıxış edən “Əskişəhərspor”a keçmişdi. Amma o, bu komandada oynamaq şansı qazanmadığından, müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu. Məhz ondan sonra futbolçunun yenidən Ağdam klubuna qayıdacağı gözlənilirdi. Lakin göründüyü kimi, Muarem fərqli addım ataraq, PTT 1-ci liqa klubuna keçməyə üstünlük verib.

Həmin kateqoriyadan