- Baxış sayı: 38
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Azərbaycan çempionu “Qarabağ” ikinci transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə cəlb edib.
Braziliyalı yarımmüdafiəçi Portuqaliyanın “Alverka” klubundan “Qarabağ”a keçib. 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “köhlən atlar”da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Bikalyo bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.