“Qarabağ”dan 2 rekord

“Qarabağ” klubu 2 rekorda edib. Allsport.az saytı xəbər verir ki, son illərin dəyişməz çempionuu 4-cü turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb. Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəlib.

Sonuncu dəfə martın 9-da “Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun komandası bununla da klub tarixinin rekordunu edib. Bunadək “Qarabağ”ın Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.

“Köhlən atlılar” startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Ağdam təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. “Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası 4-cü turda qırılıb.

Yenilgisiz oyunlarının sayını 24-ə çatdıran “Qarabağ”, klub tarixinin rekord seriyasını davam etdirib.

Həmin kateqoriyadan