- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0

“Qarabağ”ın sabiq müdafiəçisi Vladimir Dimitrovski özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, makedoniyalı futbolçu bundan sonra Çex Respublikasında çıxış edəcək.
Belə ki, o, bu ölkənin “Teplitse” klubuna keçib. 27 yaşlı futbolçu artıq bu klubla rəsmi müqavilə də imzalayıb.
Qeyd edək ki, Dimitrovski “Qarabağ”a cari mövsümün əvvəlində keçsə də, bu komandada özünü göstərə bilmədiyi üçün tərəflər qış fasiləsi zamanı yollarını ayırmağa qərar verdilər.