- Baxış sayı: 22
- 09 Noyabr 2026 11:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Topaz premyer liqasının 4-cü turu “Qarabağ” üçün tarixi qələbəylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib.
Qurban Qurbanovun komandası “Azərsun arena”da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.
Qeyd edək ki, “Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.