“Qarabağ”ın ilk fan-şopunun rəsmi açılışı olub

Dünən “Qarabağ”ın azarkeş mağazasının rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, “Park Bulvar”ın 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında vitse-prezident Tahir Gözəl, idman direktoru Əmrah Çəlikəl, futbolçulardan Rəşad Sadıqov və Dani Kintana iştirak ediblər. Tədbirin açılışında adı ilk çəkilən “Qarabağ” rəsmisi bunu deyib:

“Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyulda Avroliqa oyununda Norveçin “Rosenburq” komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Biz Qarabağ, Ağdam sevgisini ürəyimizdə yaşadacağıq.

Bunu dünyaya göstərəcəyik, onlarla paylaşacağıq. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm ki, azarkeşlərimizlə paylaşacağımız belə bir fan-şopumuz var. Azərbaycana, “Qarabağ”a eşq olsun”.

Tahir Gözəl çıxışından sonra oğlu Mərvan Gözəl və klubun direktoru Əmrah Çəlikəllə birlikdə qırmızı lenti kəsiblər. Onlar mağazadan alış-veriş də ediblər.

Həmin kateqoriyadan