- Baxış sayı: 5
- 23 Sentyabr 2026 23:24
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

Rusiyanın “Futbol” telekanalı ilin diqqət çəkən futbol məqamlarını top-15-də toplayıb. Allsport.az saytı xəbər verir ki, telekanalın ən maraqlı 15 videosu arasında Azərbaycan Premyer Liqasının 7-ci turunda oynanılan “İnter” – “Qarabağ” qarşılaşması da yer alıb.
Həmin oyunda Ağdam komandasının mübahisəli 11-metrlik cərimə zərbəsini bilərəkdən rəqib qapısına vurmaması “Futbol” telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.
Xatirladaq ki, “Qarabağ”ın 2:0 qalib gəldiyi matçda, penalti baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.