“Qarşımızda ən güclü “Qarabağ” var idi”


Premyer liqanın 18-ci turunda “Zirə” evdə “Qarabağ”a 1:0 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü “Qarabağ” var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə aparırdılar. Rəqibə qol epizodu verməmişdik. Top itkisinə yol verdik. Bu da “Qarabağ”ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində “Qarabağ” daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan