- Baxış sayı: 24
- 09 Noyabr 2026 22:53
- Baxış sayı: 195
- Noyabr 09, 2026
- 0

“Qəbələ”nin 2023/24 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Allsport.az xəbər verir ki, premyer liqanın XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək. Elmar Baxşıyevin komandası təlim-məşq toplanışı müddətində 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
“Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq. Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama hələ dəqiqləşməyib.