“Qırmızı-qaralar”da ayrılıq

“Qəbələ” idman klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.

Allsport.az xəbər verir ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb.

O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini, rəhbəri və baş menecer kimi fəaliyyət göstərib.

Kərimovun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalarımız dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb.

O, həmçinin baş menecer kimi “Qəbələ” ilə Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

Həmin kateqoriyadan