“Qışda bir az da güclənməliyik”

“Səbail” premyer liqanın 17-ci turunda evdə “Qəbələ”yə 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev bunu deyib:

“Bizim üçün çox əsəbi oyun idi. 4 matçdır qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun idi. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Bunu çıxarmaq lazım idi. Düşünürəm ki, bu gün komanda rahat oynadı.

Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Düzgün istiqamət tutmuşuq. Bunu davam etdirmək lazımdır. Qışda bir az da güclənməliyik. “Qəbələ”yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər”.

Həmin kateqoriyadan