Qrizmandan tarixi göstərici

La liqanın 18-ci turunun matçında “Atletiko”, “Xetafe” ilə heç-heçə edib (3:3).

Allsport.az xəbər verir ki, görüşdə meydan sahiblərinin hücumçusu Antuan Qrizman dubl edib. Bu, fransalıya Madrid klubunun bütün tarixində qol vuranlar siyahısında birinci yerə yüksəlməyə imkan verib. Qrizman və Luis Araqones “Atletiko”nun heyətində 173 qol vurub.

Fransa millisinin 32 yaşlı futbolçusu 7 ildir Madrid klubunda çıxış edir. Onun aktivində 364 oyun, 173 qol və 78 məhsuldar ötürmə var. Qrizmanın “matraslılar”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Həmin kateqoriyadan