Qurban Qurbanov: Komanda enişdədir

“Qarabağ” premyer liqanın 11-ci turunda öz meydanında “Zirə” ilə 1:1 etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Çətin görüş oldu. Zədəlilərimiz var. Üstəlik, psixoloji gərginlik. Elə mərhələdəyik ki, sıx qrafiklə oynayırıq. Belədə, tam hazırlaşa bilmirik. Çempionatda rəqiblərimiz son zamanlar bizim bu durumdan düzgün istifadə edirlər. Komandada eniş-yoxuşun olması labüddür. İndi enişdəyik. Avropa liqasına gəlincə, sonadək mübarizə aparacağıq. Mərhələ adlamaq imkanımız qalır.
Dani Kintana və Mahir Mədətov gələn həftə fərdi məşqlərə başlayacaqlar. Filip Ozobiçə gəlincə, o gələn ildən yaşıl meydana dönəcək”.

Həmin kateqoriyadan