“Rəşad Sadıqov bu görüşə çox yaxşı hazırlaşmışdı“

Premyer liqanın 18-ci turunda “Qarabağ” səfərdə “Zirə”ni 0:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik, səbirli oyunla yaxşı qalibiyyət əldə edə bildilər. Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Mövsümün ilk yarısının son matçı olmasına baxmayaraq, azarkeşlər üçün çox sürətli, mübarizəli oyun göstərdilər. Bir neçə gün istirahət edə bilərlər. Yanvarın 5-də yenidən bir araya gələcəyik.

Tempi oyunboyu qoruyub saxlamaq asan deyil. Rəşad Sadıqov bu görüşə çox yaxşı hazırlaşmışdı. Bu, matçın ilk dəqiqələrindən görünürdü. Çox aqressiv, dinamik oynadılar, müdafiədə oturmadılar, üzərimizə gəldilər və bizim üçün asan olmadı. İkinci hissədə temp düşdü, “Zirə” qarşılaşmanın sonlarında üstünlüyü ələ aldı. Riskə də gedib hücumçuların sayını artırdı. Bu sürəti qorumamaqda yorğunluq da səbəb ola bilər”.

Həmin kateqoriyadan