Ramosdan növbəti rekord

La liqanın 18-ci turunun matçında “Sevilya” “Qranada”nı 3:0 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, görüşdə qollardan birini müdafiəçisi Serxio Ramos vurub. Beləliklə, 37 yaşlı ispaniyalı la liqada 18-ci mövsümdə qol vuraraq, Xoakinin rekordunu təkrarlayıb.

Ramos cari mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə edib və 5 vərəqə alıb (4 sarı və 1 qırmızı). İspaniyalı futbolçunun “Sevilya” ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.

Həmin kateqoriyadan